EduArena Logo

Riyazi məntiq üzrə respublika çempionatı

Məktəblilər üçün nəzərdə tutulmuş, sürət və dəqiqliyi birləşdirən onlayn riyazi məntiq üzrə çempionatdır.

SIMEGE SchoolMeta Academy

Fəsillər

Platformamızda keçirilən imtahanların və intellektual yarışların zaman üzrə bölünmüş mərhələləridir. Hər fəsil müəyyən bir dövrü əhatə edir və həmin dövr ərzində iştirakçılar ardıcıl şəkildə bir neçə imtahanda iştirak edirlər.

Hər fəsil sonunda yüksək nəticə göstərən iştirakçılara hədiyyələr təqdim olunur.

Prizes and rewards

Bizi seçənlər deyir

Platformamız haqqında səmimi və obyektiv rəylər

Tez-tez verilən suallar

Platformamız ilə bağlı ən çox ünvanlanan sualların cavabları

EduArena.az Azərbaycanın gənc zəkaları üçün yaradılmış innovativ onlayn müsabiqə və inkişaf platformasıdır. Biz inanırıq ki, hər bir uşağın daxilində gizli bir potensial var və bu potensialı üzə çıxarmağın yolu maraqlı, rəqabətli və ədalətli öyrənmə mühitindən keçir. Platforma öz bilik və bacarığına güvənən, həmçinin daim inkişaf etmək istəyən şagirdlər üçün nəzərdə tutulub.

Xeyr, qeydiyyat tamamilə ödənişsizdir.

1-ci fəsildə 5 və 6-cı siniflər, həmçinin xüsusi istedadlı 4-cü sinif şagirdləri iştirak edə bilər. Növbəti fəsillərdə digər siniflərin də əlavə olunması planlaşdırılır. Birinci fəsil Riyazi Məntiq fənni üzrə təşkil olunur və gələcək fəsillərdə digər fənlər də əlavə ediləcək.

İmtahan zamanı texniki yoxlama vasitələri ilə iştirakçıların köçürmə əmsalları müəyyən edilir. Əmsalı yüksək olan şagirdlərin nəticələri ləğv edilə bilər. Həmçinin imtahan müddətində ekran görüntüləri qeydə alınır.

Şifrənizi bərpa etmək üçün WhatsApp (0503813373) və ya sosial şəbəkələrimiz (Facebook və Instagram) vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Əməkdaşlarımız ən qısa zamanda sizə kömək edəcəklər.

Bəli, EduArena.az tam mobil uyğundur (responsive). Smartfon və planşet vasitəsilə istənilən yerdə testləri işləyə və nəticələrinizə baxa bilərsiniz. Mobil tətbiq isə 2-ci fəsildən etibarən istifadəyə veriləcək.

Xeyr. Çempionat boyunca həm ödənişli, həm də ödənişsiz imtahanlar təşkil olunur. İmtahanlar haqqında məlumatlar imtahandan 1-2 həftə əvvəl sayt və sosial şəbəkələrdə paylaşılır.

Bəli, bütün imtahanlar vaxt limiti ilə keçirilir və qalan vaxt imtahan zamanı ekranın yuxarı hissəsində göstərilir. Səhv cavablar doğru cavablara təsir etmir. Əgər fərqli qayda tətbiq olunarsa, imtahandan əvvəl məlumat veriləcək.

Hər imtahandan əvvəl sualların bal sistemi elan olunur. Suallar adətən 1-dən 10-a qədər bal ilə qiymətləndirilir.

Fəsil yarışın davam etdiyi müddəti ifadə edir. Məsələn, 1-ci fəsil fevral-iyun aylarını, 2-ci fəsil isə sentyabr-iyun aylarını əhatə edir.

EduArena Liqası təhsili rəqabətli və maraqlı yarışa çevirən xüsusi reytinq sistemidir. Hər imtahan nəticəsi ümumi reytinqinizə təsir edir. Bu sistem hazırlıq səviyyənizi izləməyə və digər iştirakçılar arasında yerinizi görməyə imkan verir.

Bəli. Liqa sistemi elə qurulub ki, hər yeni imtahan yeni fürsət yaradır. Yüksək nəticə göstərdiyiniz halda reytinq cədvəlində sürətlə yüksələ bilərsiniz. İlk turları qaçırsanız belə, növbəti imtahanlarda iştirak edərək real səviyyənizi ölçə bilərsiniz.

Bəli. İmtahan bitdikdən sonra "Dərin Analiz" funksiyası vasitəsilə topladığınız balı, doğru cavabları və öz cavablarınızı görə bilərsiniz.

Bəli. İmtahandan sonra az cavablandırılmış sualların izahları EduArena-nın Instagram səhifəsində paylaşılır.

WhatsApp (0503813373) və ya sosial şəbəkələrimiz (FacebookInstagram) vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Suallar olimpiada və müsabiqə formatına uyğun hazırlanır. Aşağı siniflər üçün Lütfi Zadə Riyaziyyat Məntiq Olimpiadası, Respublika Fənn Müsabiqələri və Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi formatına uyğun hazırlanır. Yuxarı siniflər üçün isə Respublika Fənn Olimpiadalarının ilkin mərhələ formatı əsas götürülür.

1-ci, 2-ci və 3-cü yerlərin sahibləri hədiyyə və diplom qazanacaqlar. 4-10-cu yerlər diplom və hədiyyələr, 11-100-cü yerlər isə diplom və tərəfdaş endirimləri əldə edəcəklər. Bütün iştirakçılar iştirakçı sertifikatı əldə edəcək.

Əsas reytinq iştirak etdiyiniz bütün imtahanlardan topladığınız balların cəmi əsasında formalaşır və davamlılığı göstərir. Ortalama reytinq isə iştirak etdiyiniz imtahanların orta nəticəsinə əsaslanır və daha çox nəticənin keyfiyyətini göstərir.

Balansa vəsait əlavə etmək üçün şəxsi kabinetinizdən cüzdanım bölməsinə daxil olaraq balansınızı artıra bilərsiniz.

Ödəniş etdikdən sonra balans yenilənməzsə, WhatsApp və ya sosial şəbəkələr vasitəsilə bizimlə əlaqə saxlayın. Ödənişiniz qısa müddətdə yoxlanılacaq və balansınıza əlavə ediləcək.

Saytdakı yenilikləri izləmək üçün EduArena-nın sosial şəbəkə hesablarını və ya şəxsi kabinetinizdəki bildirişləri izləyə bilərsiniz.